×
A
A
A
Sazlamalar

Gəncədə erməni terroru nəticəsində həlak olan vətəndaşlarımızın xatirəsi Tallində də anılıb

Tallinn, 24 oktyabr, AZƏRTAC
Estoniyanın paytaxtı Tallinn şəhərinin mərkəzi meydanında Gəncədə erməni terroru nəticəsində həlak olanların xatirəsinə həsr edilmiş anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, təxminən 150 nəfərin iştirakı ilə keçirilən və dörd saata yaxın davam edən aksiya zamanı “Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyev ilə irəli!”, “Erməni təcavüzünü dayandırın!”, “Erməni ordusu, Dağlıq Qarabağdan rədd ol!”, “Qarabağ Azərbaycandır!” kimi şüarlar səsləndirilib.

Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Tallinn

 

Cəmiyyət 2020-10-24 13:40:00