×
A
A
A
Sazlamalar

Xətai rayonunda taxta konstruksiyalardan ibarət tikili, Nərimanov rayonunda isə avtomobil yanıb

Bakı, 24 oktyabr, AZƏRTAC 

Paytaxtın Xətai rayonunda ümumi sahəsi 50 kvadratmetr olan taxta konstruksiyalardan ibarət tikili yanıb.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, bitişik köşk yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Nərimanov rayonunda isə “Hyundai” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Alovun qarşısı yanğından mühafizə bölmələri tərəfindən alınıb.
Hadisələrlə bağlı araşdırmalar aparılır.

Hadisə 2020-10-24 10:37:00