Peşə təhsili üzrə “Dərs vaxtı” proqramı cədvələ uyğun təqdim olunub
Bakı, 23 oktyabr, AZƏRTAC
Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “ARB Günəş” kanalında yayımlanan “Dərs vaxtı” proqramı sentyabrın 23-nə olan cədvələ uyğun yayımlanıb.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, proqramda estetika və mədəni özünüifadə, avtomobil təmir və diaqnostikası, bərbər-vizajist-manikürçü, ana dilində ünsiyyət, xarici dildə ünsiyyət, geyim üzrə dizayner, kompüter operatoru, dizayner ixtisasları üzrə dərslər təqdim olunub.
Peşə təhsili üzrə “Dərs vaxtı”nı ekran qarşısında izləyə bilməyənlər dərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyi rəsmi “YouTube” kanalı ilə yanaşı, “Facebook” səhifəsindən, eyni zamanda Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləyə bilərlər.
BDU-nun Qazax filialında inklüziv təhsilə dair beynəlxalq konfransın regional bölməsinin iclası olub
IV Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib
“Sabahın alimləri” müsabiqəsində Biləsuvar Təhsil Kompleksinin 6 şagirdi uğur qazanıb
“IT sahəsindəki yolum” mövzusunda təcrübə sessiyasının keçirilməsi planlaşdırılır