×
A
A
A
Sazlamalar

Sinoptiklər hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq ediblər

Bakı, 23 oktyabr, AZƏRTAC

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, oktyabrın 24-ü gün ərzində Bakı və Abşeron yarımadasında cənub-qərb küləyinin əsəcəyi, küləyin sürətinin 15-18 metr/saniyə olacağı, saniyədə arabir 20 metrədək güclənəcəyi gözlənilir.
Xidmətdən AZƏRTAC-a bildiriblər ki, oktyabrın 24-də Azərbaycanın rayonlarında, əsasən dağlıq və dağətəyi rayonlarda cənub-qərb küləyinin əsəcəyi, küləyin sürətinin arabir 18-23 metr/saniyəyədək güclənəcəyi proqnozlaşdırılır.

Ekologiya 2020-10-23 20:20:00