×
A
A
A
Sazlamalar

UNEC-də elmi seminar: Beynəlxalq reytinqlər

Bakı, 23 oktyabr, AZƏRTAC 

Oktyabrın 23-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Azərbaycanın və Ermənistanın iqtisadi inkişaf göstəricilərinin müqayisəsinə dair növbəti elmi seminar keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, seminarda UNEC-in İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun elmi katibi Rafail Rzayev “Beynəlxalq reytinqlər” mövzusunda məruzə edib.
Xatırladaq ki, oktyabrın 16-dan start verilən elmi seminarlarda hər iki ölkənin makroiqtisadi, eləcə də enerji, nəqliyyat, səhiyyə, elm, təhsil, İKT, kənd təsərrüfatı, turizm və digər sahələrdəki inkişaf göstəriciləri müqayisəli təhlil edilir. Həmçinin Azərbaycan və Ermənistanın iqtisadi inkişafının beynəlxalq reytinqlərdəki mövqeyi müzakirə olunur.

Elm və təhsil 2020-10-23 18:14:00