“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
Bakı, 23 oktyabr, AZƏRTAC
“Mədəniyyət”, “ARB Günəş” telekanallarında yayımlanan “Dərs vaxtı” proqramı oktyabrın 23-ü üçün nəzərdə tutulan cədvələ uyğun təqdim olunub.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, proqramda Azərbaycan və rus bölməsi üzrə dərslər izlənilib. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, mövzuları “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Çünki teledərslər şagirdlərə ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkan yaradır.
Xatırladaq ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş mövzuları Təhsil Nazirliyinin rəsmi “YouTube” kanalı ilə yanaşı, “Facebook” səhifəsindən, videodərslər portalından (https://video.edu.az/), eyni zamanda, “Təhsil” televiziyasının “Facebook” səhifəsindən izləyə bilərlər.
“Sabahın alimləri” müsabiqəsində Biləsuvar Təhsil Kompleksinin 6 şagirdi uğur qazanıb
“IT sahəsindəki yolum” mövzusunda təcrübə sessiyasının keçirilməsi planlaşdırılır
Bakı Avropa Liseyində Fənlərarası Təlim Proqramının 30 illik yubileyi qeyd olunub
AzTU-nun nizamnamə fondu 29,4 milyon manat olaraq müəyyən edilib