×
A
A
A
Sazlamalar

Prezident İlham Əliyev: Azərbaycan Ordusu Xocavəndin 2, Cəbrayılın 5, Zəngilanın 2 kəndini işğaldan azad edib

Bakı, 23 oktyabr, AZƏRTAC

Müzəffər Azərbaycan Ordusu Xocavənd rayonunun Dolanlar, Bünyadlı kəndlərini, Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı, Veysəlli, Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli kəndlərini işğaldan azad etmişdir.
Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində bildirib.

Rəsmi xronika 2020-10-23 17:31:00