×
A
A
A
Sazlamalar

İki cüdoçumuz “Böyük dəbilqə” turnirinin dörddəbir final mərhələsinə vəsiqə qazanıb

Bakı, 23 oktyabr, AZƏRTAC
Oktyabrın 23-də Macarıstanın paytaxtı Budapeştdə сüdo üzrə “Böyük dəbilqə” turniri start götürüb.
AZƏRTAC xəbər verir ki, yarışların ilk günü 7 cüdoçumuz mübarizə aparır.
Cüdoçularımızdan Orxan Səfərov (66 kq) niderlandlı İvo Verhorstert və gürcüstanlı Baqrati Naniaşvilini məğlub edərək dörddəbir finala çıxıb. Bu mərhələdə o, monqolustanlı Erhembayar Battoqtoh ilə döyüşəcək.
Bu mərhələyə daha bir cüdoçumuz vəsiqə qazanıb. Belə ki, qadınlar arasında keçirilən yarışlarda 52 kiloqram çəki dərəcəsində mübarizə aparan Gültac Məmmədəliyeva ilk görüşdə Qal-Od Tserentoqxod (Monqolustan), daha sonra isə israilli Qefen Primonu məğlub edib. Dörddəbir finalda onun rəqibi isveçrəli Fabyen Koçer olacaq.
Qeyd edək ki, 80 ölkədən 624 cüdoçunun qatılacağı turnirdə idmançılar Tokio Olimpiadasına reytinq xalları da qazanacaqlar.

İdman 2020-10-23 16:10:00