×
A
A
A
Sazlamalar

Nəsimi rayonunda avtomobil oğurlayan şəxs tutulub

Bakı, 23 oktyabr, AZƏRTAC

Nəsimi rayonunda avtomobil oğurlayan şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinə müraciət edən Bakı şəhər sakini C.Məmmədov oktyabrın 11-dən 22-dək olan müddətdə H.Seyidzadə küçəsindəki avtomobillərin təmiri sexlərinin birindən “QAZ-21105” markalı nəqliyyat vasitəsinin qaçırıldığını bildirib.
Avtomobili oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş S.Kazımov polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyənləşdirilərək saxlanılıb.
Faktla bağlı təhqiqat davam etdirilir.

 

Hadisə 2020-10-23 15:39:00