×
A
A
A
Sazlamalar

Biologiya və tarix fənləri üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının proqramı müzakirə olunub

Bakı, 23 oktyabr, AZƏRTAC

Dövlət İmtahan Mərkəzində (DİM) biologiya və tarix fənləri üzrə işçi qruplarının iclasları keçirilib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, iclaslarda hər iki fənn üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının proqramı müzakirə olunub. Müzakirələrdən öncə qüvvədə olan 6-11-ci sinif dərslikləri əvvəlki illərin nəşrləri ilə müqayisə edilərək fərqlər müəyyən olunub. Qəbul proqramlarında bununla bağlı müvafiq təkmilləşdirmələr aparılıb.
Müzakirələr oktyabrın 29-dək davam etdiriləcək.

Elm və təhsil 2020-10-23 15:42:00