×
A
A
A
Sazlamalar

Yeniyetməyə qarşı soyğunçuluq etməkdə şübhəli bilinən Hacıqabul rayon sakini yaxalanıb

Bakı, 23 oktyabr, AZƏRTAC

Xəzər Rayon Polis İdarəsinin 1-ci polis şöbəsinə oktyabrın 19-da Mərdəkan qəsəbəsi ərazisində bir nəfərin Bakı şəhər sakini olan yeniyetməyə zor tətbiq edərək mobil telefonunu alması barədə məlumat verilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, soyğunçuluğu törətməkdə şübhəli bilinən Hacıqabul rayon sakini Ə.Əsədov polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyənləşdirilərək saxlanılıb.
Aparılmış tədbirlərlə onun oktyabrın 20-də həmin ərazidə digər bir yeniyetmənin də eyni üsulla mobil telefonunu alması da müəyyənləşdirilib.
Faktlarla bağlı araşdırma aparılır.

Hadisə 2020-10-23 15:37:00