×
A
A
A
Sazlamalar

Doqquz ayda ölkəyə elektriklə işləyən 3820 nəqliyyat vasitəsi gətirilib

Bakı, 23 oktyabr, AZƏRTAC

Cari ilin yanvar-sentyabr aylarında ölkəyə 3820 elektriklə işləyən nəqliyyat vasitəsi gətirilib.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu nəqliyyat vasitələrindən 3678-i daxili yanma mühərriki ilə yanaşı, elektrik mühərriki ilə də hərəkətə gətirilən, 142-si isə yalnız elektrik mühərriki ilə hərəkətə gətirilən nəqliyyat vasitəsidir.

Nəqliyyat 2020-10-23 14:58:00