UNEC-in dosenti beynəlxalq konfransda türkdilli dövlətlərin universitetləri ilə əməkdaşlıq perspektivlərindən danışıb
Bakı, 23 oktyabr, AZƏRTAC
Türkiyə Milli Təhsil Nazirliyi, Türkiyə Elmlər Akademiyası, İstanbul Universiteti, Muğla Sıtkı Kocaman Universiteti, Rumıniyanın Arad şəhərindəki “Aurel Vlaicu” Universiteti və Türkiyə İnformatika Assosiasiyasının təşkilatçılığı ilə “Gələcək təhsil və informatika: data inqilabı” mövzusunda VIII beynəlxalq konfrans keçirilib.
Dünyanın bir çox ölkələrinin alimlərinin qoşulduğu onlayn konfransda Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsinin dekanı, iqtisad üzrə fəlsəfə doktoru, dosent Gəray Musayev də iştirak edib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, konfransın “Pandemiya təhsili necə dəyişdirir?” mövzusunda panel iclasında dosent Gəray Musayev “Pandemiya və sonrakı dönəmdə Türkiyə və digər türkdilli respublikaların universitetləri arasında əməkdaşlıq istiqamətləri” mövzusunda çıxış edib. Pandemiya şəraitində distant təhsil, təhsilin və biliyin rəqəmsal mühitdə təqdim olunmasının əhəmiyyətindən danışan G.Musayev, bu istiqamətdə Türkiyə və türkdilli dövlətlərin ali təhsil müəssisələri arasında əməkdaşlığın inkişaf perspektivlərini konfrans iştirakçılarının diqqətinə çatdırıb.
BDU-nun Qazax filialında inklüziv təhsilə dair beynəlxalq konfransın regional bölməsinin iclası olub
IV Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib
“Sabahın alimləri” müsabiqəsində Biləsuvar Təhsil Kompleksinin 6 şagirdi uğur qazanıb
“IT sahəsindəki yolum” mövzusunda təcrübə sessiyasının keçirilməsi planlaşdırılır