×
A
A
A
Sazlamalar

“ABB-İnvest investisiya şirkəti” QSC Bakı Fond Birjasının üzvlüyünə qəbul edilib

Bakı, 23 oktyabr, AZƏRTAC

“ABB-İnvest investisiya şirkəti” QSC-nin müraciətinə əsasən, Bakı Fond Birjası (BFB) oktyabrın 23-dən şirkəti üzvlüyünə qəbul edib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, Bakı Fond Birjasının üzvü olan investisiya şirkətlərinin sayı 8-ə çatıb. Birjaya üzv şirkətlər bunlardır: “Unicapital investisiya şirkəti” ASC, “PAŞA Kapital investisiya şirkəti” QSC, “INVEST-AZ investisiya şirkəti” QSC, “PSG-Kapital investisiya şirkəti” QSC, “AzFinance investisiya şirkəti” QSC, “Xalq Kapital investisiya şirkəti” QSC, “BTB Kapital investisiya şirkəti” ASC, “Plato Capital and Co. investisiya şirkəti ASC (üzvlük müvəqqəti dondurulub)”, “ABB-İnvest investisiya şirkəti” QSC.
Qeyd edək ki, üzvlər BFB-nin ticarət platformasından məsafədən qoşulma imkanı ilə ticarətdə olan qiymətli kağızlar üzrə sifarişlər təqdim etməklə investorlara xidmət göstərə və ya özləri investisiya fəaliyyətində iştirak edə bilər. Bakı Fond Birjasının üzvləri və ya üzvlük üçün müraciət etmiş şəxslər yalnız nəzarətedici orqan tərəfindən verilmiş və qüvvədə olan investisiya şirkəti lisenziyasına malik hüquqi şəxslər ola bilərlər. Üzvlük əldə etmək istəyən şəxslər müraciət tarixi üçün BFB-nin daxili qaydaları ilə müəyyən edilmiş şərtlərə cavab verməlidirlər. Müraciətçinin şərtlərə uyğunluğu daxili Üzvlük Komitəsi tərəfindən qiymətləndirilir və üzvlük haqqında qərar verilir.

Maliyyə 2020-10-23 12:43:00