×
A
A
A
Sazlamalar

Ermənistana məxsus daha bir pilotsuz uçuş aparatı məhv edilib

Bakı, 23 oktyabr, AZƏRTAC 

Oktyabrın 23-də saat 12.00 radələrində Ağcabədi rayonu istiqamətində uçuş keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus daha bir taktiki pilotsuz uçuş aparatı bölmələrimiz tərəfindən məhv edilib.
Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, oktyabrın 23-ü saat 03.00-dan 09.00-dək Ermənistan silahlı qüvvələrinə məxsus 2 PUA Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən aşkarlanaraq məhv edilib. Daha 2 PUA isə xüsusi texniki vasitələrlə yerə endirilib.

Ordu 2020-10-23 12:27:00