Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Son 24 saatda Qırğızıstanda koronavirusa 582 nəfər yoluxub

Bişkek, 23 oktyabr, AZƏRTAC

Qırğızıstanda COVID-19 koronavirusuna yoluxanların sayı artmaqda davam edir. Dünən yoluxma sayı 547 olmuşdursa, bu gün 583 nəfərdə koronavirus aşkar edilib. Pandemiya dövründə yoluxanların ümumi sayı 54 min 588 nəfərə çatıb.
AZƏRTAC Qırğızıstanın Koronavirusla bağlı Respublika Qərargahına istinadla xəbər verir ki, son sutkada 324, pandemiya dövründə 47 min 50 nəfər sağalıb.
Son gündə 4, epidemiya başlayandan bu günə kimi 1126 xəstə həyatını itirib.
Son 24 saatda 5, ümumiyyətlə isə 3 min 566 tibb işçisində koronavirus tapılıb.
Xəstəxanalarda 3 min 399, ambulator şəraitində 2 min 719 pasiyentin müalicə edildiyi bildirilir.

Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek

Dünya 2020-10-23 12:25:00