Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Gürcüstanda koronavirusa yoluxanların ümumi sayı 25 minə yaxınlaşır

Tbilisi, 23 oktyabr, AZƏRTAC

Gürcüstanda son sutkada daha 1 759 nəfərdə koronavirus aşkarlanıb, 350 nəfər sağalıb, 5 koronavirus xəstəsi isə həyatını itirib.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi stopgov.ge saytında məlumat verilib.
Bildirilir ki, bununla da ölkədə COVID-19-a yoluxanların ümumi sayı 24 min 562 nəfərə çatıb.
Sağalanların sayı 9 min 751, ölənlərin sayı isə 183 olub.
Hazırda karantində 4 408, stasionar nəzarətdə isə 3 155 nəfər saxlanılır.
Xəstəliyi yüngül keçirən 1 848 nəfər xüsusi otellərdə müalicə alır.


Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Dünya 2020-10-23 12:17:00