×
A
A
A
Sazlamalar

Biləsuvarın şəkər çuğunduru sahələrində məhsul yığımı başa çatıb

Biləsuvar, 23 oktyabr, Mahir Babayev, AZƏRTAC

Biləsuvarda şəkər çuğunduru yığımı baş çatıb.
Rayon Statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu il Biləsuvarda 266 hektar sahədə şəkər çuğunduru becərilib. Məhsul istehsalçılarının yüksək məhsuldar sortların əkininə üstünlük verməsi nəticəsində plantasiyalarda məhsul bol olub. Əkinçilər sahələrdən 10 min 288 ton şəkər çuğunduru toplayaraq, yığımı başa çatdırıblar. Hər hektarının məhsuldarlığı 386,8 sentner olub ki, bu da ötən ildəkindən 63,1 sentner çoxdur.
Qeyd edək ki, ötən il biləsuvarlı əkinçilər çuğundur sahələrindən 324 ton məhsul yığıblar.

Kənd təsərrüfatı 2020-10-23 12:02:00