×
A
A
A
Sazlamalar

İranın İraqdakı səfirinə qarşı sanksiya tətbiq olunub

Tehran, 23 oktyabr, AZƏRTAC
İranın İraqdakı səfiri İrəc Məcidinin adı ABŞ-ın sanksiyalar siyahısına salınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat ABŞ Maliyyə Nazirliyinin rəsmi saytında dərc olunub.
Bundan başqa, Livanda siyasi partiya kimi fəaliyyət göstərən “Hizbullah”ın rəhbərliyində təmsil olunan Nabil Kauk və Həsən Bağdadinin də adları sanksiyalar siyahısına salınıb. Onlar İran İslam İnqilabının Keşikçiləri Korpusu (Sepah) ilə əməkdaşlıqda ittiham edilir.
“Beynəlxalq virtual media ittifaqı” və “Televiziya və radio qurumlarının islam şurası” təşkilatları da sanksiyalara məruz qalıb. Bu təşkilatlar isə ABŞ-da keçiriləcək prezident seçkilərinə müdaxilə etməkdə ittiham olunub.


Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran

Dünya 2020-10-23 11:54:00