×
A
A
A
Sazlamalar

Bu gün Azərbaycan millisi Polşa yığması ilə qarşılaşacaq

Bakı, 22 oktyabr, AZƏRTAC

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirəcək.
AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, komandamız Varşavada Bakı vaxtı ilə saat 19:00-da Polşa millisi ilə qarşılaşacaq.
Oyunu sloveniyalı hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Tanya Subotiç olacaq. Ona Helena Buh və Sladyana Yoviçiç kömək edəcəklər. Dördüncü hakim funksiyasını Aleksandra Çesen yerinə yetirəcək.

İdman 2020-10-23 11:44:00