×
A
A
A
Sazlamalar

Bakı Dövlət Universitetinin 7 məzunu ikili diplom üzrə magistr adını qazanıb

Bakı, 23 oktyabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) əsas prioritet fəaliyyət istiqamətlərindən biri də beynəlxalq əməkdaşlıqdır. Bu çərçivədə ikili diplom proqramı üzrə Hüquq fakültəsinin 7 məzunu Əl-Farabi adına Qazax Milli Universitetinin Dəniz və enerji hüququ ixtisasına qəbul olaraq magistr adını qazanıb.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, Qazax Milli Universitetinin 2 magistrantı isə BDU-nun Hüquq fakültəsində təhsil almaq imkanı əldə edib.
Qeyd edək ki, 2020-ci il sentyabrın 21-də Bakı Dövlət Universiteti ilə Qazax Milli Universiteti arasında dəniz və enerji hüququ magistr ixtisaslaşmasında ikili diplom proqramı üzrə müqavilə imzalanıb. Müqaviləyə əsasən, 2020/2021-ci tədris ilində dəniz və enerji hüququ ixtisaslaşmasının tədris planına uyğun olaraq fənlərin birgə tədrisi nəzərdə tutulub.
Xatırladaq ki, 2013-cü ildə təsis olunan dəniz və enerji hüququ ixtisaslaşmasında tədris prosesi ingilis dilində aparılır.

Elm və təhsil 2020-10-23 11:20:00