Azərbaycanlı yazıçının hekayəsi Rusiyada dərc olunub
Bakı, 23 oktyabr, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasına gənc yazıçı Pərvanə Qarayevanın təqdim etdiyi “İnsanlığın hekayəsi” adlı əsəri Rusiyanın proza.ru saytında dərc edilib.
İdarədən AZƏRTAC-a bildirilib ki, müharibə mövzusunda qələmə alınan hekayə Azərbaycanda fəaliyyət göstərən bir çox saytlarda və ədəbiyyat jurnallarında dərc edilib.
Müəllif bildirib ki, müharibə bəşəriyyətin ümumi bəlası olduğundan hekayədə konkret zaman və məkan göstərilməyib. Hekayənin əsas ideyası insanların bir-birlərinə olan insanlıq borcunun ən çətin anlarda qalib gəlməsidir.
Xətai Sənət Mərkəzində “Müşahidələrin fraqmentləri” adlı fərdi sərgi açılıb
Haaqada UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının 30 illik yubileyi qeyd edilib
Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək
“Xalqın mədəni sərvəti” layihəsi çərçivəsində regionlarda növbəti konsert təşkil edilib
“BakuOperArt” “Sərhədsiz Puşkin” adlı ədəbi-musiqili layihə təqdim edir