×
A
A
A
Sazlamalar

® “Rabitəbank” üçüncü rübdə müsbət maliyyə və əməliyyat nəticələri göstərib

Ölkənin aparıcı banklarından olan “Rabitəbank” ASC cari ilin üçüncü rübünün yekunlarına dair maliyyə hesabatını açıqlayıb. Hesabata əsasən, bank üçüncü rübdə də əsas maliyyə göstəriciləri üzrə dinamik inkişafa davam edir.

Oktyabrın 1-nə bankın aktivləri 862 milyon manatdan çox olub. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 31,86 faiz artım deməkdir. 2019-cu ilin üçüncü rübündə açıqlanmış maliyyə göstəricisi ilə müqayisədə bu il bank 28,57 faiz artım göstərərək əməliyyat mənfəətini 13 milyon 538 min manata yüksəldib. Bankın dövr üzrə xalis mənfəəti isə 3 milyon 844 min manat təşkil edir.
“Rabitəbank”ın kredit portfelinin həcmi isə 394 milyon manatdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 8 faiz artım deməkdir. Bankın depozit portfelində də müsbət nəticələrə rast gəlinir. Belə ki, fiziki şəxs, sahibkar və hüquqi şəxslərin depozit portfeli 34,74 faiz, yəni 150 milyon manat artaraq 582 milyon 321 min manata çatıb. Gəlir-xərc hesabatına əsasən, bu dövr ərzində “Rabitəbank”ın faiz gəlirləri əvvəlki illə müqayisədə 9,83 faiz artaraq 34 milyon manat, qeyri-faiz gəlirləri isə 36,6 faiz artaraq 9 milyon manat təşkil edib. Üçüncü rübdə bankın xidmət şəbəkəsinin sayında da artım müşahidə olunub. Belə ki, “Caspian Biznes Mərkəz”də bankın paytaxtda 12-ci, ölkə üzrə 27-ci xidmət məntəqəsi olan “Kaspian” filialı müştərilərin istifadəsinə verilib.
"Rabitəbank" ASC Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 71 ATM-i, "Rabitabank Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı mərkəzi ilə müştərilərin xidmətindədir.

 

Maliyyə 2020-10-23 11:02:00