×
A
A
A
Sazlamalar

Qazaxıstanda koronavirusa yoluxanların sayında artım müşahidə olunur

Nur-Sultan, 23 oktyabr, AZƏRTAC

Qazaxıstanda koronavirusa yoluxanların sayında artım müşahidə olunur. Səhiyyə Nazirliyinin məlumatına görə, koronavirus infeksiyasına ən çox yoluxma halı Almatıda müşahidə olunub.
AZƏRTAC xəbər verir ki, son sutka ərzində ölkədə 179 yeni yoluxma halı qeydə alınıb.
Ölkədə COVID-19-a yoluxanların ümumi sayı 110 min 86 nəfərə çatıb .
Pandemiya qurbanlarının sayı 1796 nəfərə, sağalanların sayı isə 105 min 493-ə çatıb.

İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan

Dünya 2020-10-23 10:56:00