×
A
A
A
Sazlamalar

Daxili İşlər Nazirliyi ölkə əhalisinə müraciət edib

Bakı, 23 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (DİN) daim terror siyasəti yürüdən Ermənistanın törədə biləcəyi yeni təxribatlarla əlaqədar respublikamızın əhalisinə müraciət edib.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müraciətdə Ermənistanın terror siyasəti yürüdən dövlət olaraq ayrı-ayrı vaxtlarda ölkəmizin ərazisində 30-dan çox terror aktı təşkil etdiyi vurğulanıb: “Odur ki, gördüyünüz, rastlaşdığınız şübhəli əşyalara toxunmayın, bu barədə dərhal 102 Xidmətini və ya yaxınlıqda xidmət aparan polis əməkdaşlarını məlumatlandırın.
Düşmənin məkrli olduğunu unutmayaq! Vahid məqsəd uğrunda günbəgün sıxlaşan cərgələrimizlə Qələbə gününü daha da yaxınlaşdıraq! Qarabağ Azərbaycandır!”.

Sosial 2020-10-23 10:50:00