Beyləqan pambıqçıları bu günədək 12 min 510 ton məhsul tədarük ediblər
Beyləqan, 23 oktyabr, AZƏRTAC
Beyləqan rayonunda pambıq yığımı kampaniyası davam edir və bu günədək qəbul məntəqələrinə 12 min 510 ton məhsul təhvil verilib.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, 2020-ci ildə 3200 hektarı “Azərpambıq” MMC, 3888,7 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 820 hektarı “P-Aqro” MMC ilə müqavilə əsasında, 835 hektarı isə innovasiya təsərrüfatında olmaqla, 8743,7 hektar sahədə pambıq becərilib. Pambıq sahələrinə lazımi aqrotexniki qulluq göstərilib, mineral gübrələr verilib, vaxtlı-vaxtında suvarma suyu ilə təmin edilib ki, nəticədə tarlalarda bol məhsul yetişib. Məhsulu itkisiz və tez bir zamanda yığmaq üçün pambığın yarpaqlarının kimyəvi yolla tökdürülməsi (defoliasiya) həyata keçirilib.
Ağstafada Aqrar İnnovasiya Festivalı çərçivəsində toxum sərgi-satış yarmarkası təşkil olunub
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
Qəhvəyi mərmər bağacığını aşkar etmək məqsədilə Şəkinin kəndlərində 100 feromon tələ asılıb