×
A
A
A
Sazlamalar

Laçınlı məcburi köçkünlər 643 hektar sahədə payızlıq səpin aparıblar

Ağcabədi, 23 oktyabr, AZƏRTAC

Ağcabədi rayonunun Taxtakörpü ərazisində məskunlaşan laçınlı məcburi köçkünlər payız səpinini davam etdirirlər.
Laçın Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu günədək Taxtakörpü ərazisində 852,5 hektarda payız şumu qaldırılıb. 643 hektar sahədə payızlıq səpin həyata keçirilib ki, onun da 535 hektarı arpa, 108 hektarı təzə yoncadır.
Qeyd edək ki, Taxtakörpü ərazisində məskunlaşan laçınlı məcburi köçkünlər əsasən heyvandarlıq və taxılçılıqla məşğul olurlar. Məcburi köçkünlər ötən ilin payızında səpilən 1151,4 hektar taxıl sahəsindən bu il 2477,6 ton məhsul götürüblər.

Kənd təsərrüfatı 2020-10-23 10:21:00