×
A
A
A
Sazlamalar

Avropa Liqası: “Qarabağ” qrup mərhələsində ilk matçını keçirib

Bakı, 23 oktyabr, Nicat Məmmədov, AZƏRTAC
UEFA Avropa Liqasının qrup mərhələsinin birinci turunda keçirilən "Makkabi" (Təl-Əviv, İsrail) - "Qarabağ" matçı başa çatıb.
AZƏRTAC xəbər verir ki, görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda yeganə qolun müəllifi 10-cu dəqiqədə Yonaten Kohen olub.
Qrupun digər oyununda “Villareal” (İspaniya) öz meydanında “Sivasspor”u (Türkiyə) məğlub edib - 5:3.

İdman 2020-10-23 01:09:00