×
A
A
A
Sazlamalar

Türkiyə və İran prezidentləri arasında telefon danışığı olub

İstanbul, 22 oktyabr, AZƏRTAC

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və İran İslam Respublikasının Prezidenti Həsən Ruhani arasında telefon danışığı olub.
AZƏRTAC Türkiyə Prezident Administrasiyasının İctimai əlaqələr idarəsinə istinadla xəbər verir ki, dövlət başçıları ikitərəfli əlaqələrin inkişaf etdirilməsi və terrorla mübarizənin artırılması, eləcə də Azərbaycan-Ermənistan və Suriya məsələləri başda olmaqla regional prosesləri müzakirə ediblər.
Danışıq əsnasında Azərbaycan torpaqlarının işğalı və təxribatları ilə qarşıdurmanı başladan Ermənistanın dinc əhaliyə qarşı həyata keçirdiyi hücumların müharibə cinayəti olduğunu vurğulayan Prezident Ərdoğan bu məsələdə haqlı ilə haqsızı, işğal edilən ilə işğalçını ayırd edən bir nöqtədə durmağın vacibliyini ifadə edib.

Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Siyasət 2020-10-22 20:53:00