Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

İsveçrənin İrandakı səfirinə etiraz notası təqdim olunub

Tehran, 22 oktyabr, AZƏRTAC
ABŞ-ın maraqlarını təmsil edən İsveçrənin İrandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə məlumat verib. O bildirib ki, ABŞ-da keçiriləcək prezident seçkiləri ərəfəsində namizədlərin təbliğat kampaniyası zamanı İranın ABŞ-dakı seçkilərə müdaxilə etməsi haqqında səslənən fikirləri həqiqəti əks etdirmir və yalandır. İran üçün ABŞ-da kimin prezident olacağının fərqi yoxdur. Bu kimi yalan iddiaların irəli sürülməsi rəsmi Tehranın kəskin etirazına səbəb olub.
Səfir etiraz notasını qarşı tərəfə çatdıracağını bildirib.
Qeyd edək ki, ötən həftə ABŞ-ın milli kəşfiyyat idarəsinin direktoru Con Retkiliff İran ilə Rusiyanın noyabrın 3-də ABŞ-da keçiriləcək prezident seçkilərinə müdaxilə edəcəyini bildirib. Lakin direktor heç bir sübut təqdim etməyib.


Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran

Dünya 2020-10-22 19:26:00