×
A
A
A
Sazlamalar

İlir Meta: Albaniya Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir

Afina, 22 oktyabr, AZƏRTAC

Azərbaycanın Yunanıstanda, eyni zamanda, Albaniyada akkreditə olunmuş səfiri Anar Hüseynov etimadnaməsini Albaniyanın Prezidenti İlir Metaya təqdim edib.
AZƏRTAC xəbər verir ki, təqdimetmə mərasimindən sonra Albaniya Prezidenti ilə Azərbaycan səfiri arasında görüş keçirilib.
Görüşdə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə töhfə verən Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində qurulmuş əməkdaşlıqla yanaşı, turizm, kənd təsərrüfatı, İKT, qarşılıqlı sərmayə yatırımı və maraq kəsb edən digər sahələr ətrafında fikir mübadiləsi aparılıb.
Albaniya Prezidenti İlir Meta ölkəmizin suverenliyini, ərazi bütövlüyünü və sərhədlərin toxunulmazlığını dəstəklədiklərini bildirib.

 

İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Afina

Siyasət 2020-10-22 18:59:00