×
A
A
A
Sazlamalar

Meşə fındığının ixracı azalıb

Bakı, 22 oktyabr, AZƏRTAC

Bu ilin yanvar-sentyabr aylarında ölkədən 11,4 min ton meşə fındığı ixrac olunub.
AZƏRTAC Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ixrac edilən meşə fındığının dəyəri 69,2 milyon dollar olub.
Xatırladaq ki, ötən ilin doqquz ayında dəyəri 88,8 milyon dollar olmaqla 16,4 min ton meşə fındığı ixrac edilib.

İqtisadiyyat 2020-10-22 18:28:00