×
A
A
A
Sazlamalar

Doqquz ayda 155 min tonadək tomat ixrac olunub

Bakı, 22 oktyabr, AZƏRTAC

2020-ci ilin doqquz ayında ölkədən 155 min tonadək tomat ixrac olunub.
AZƏRTAC Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ixrac edilən tomatın dəyəri 167,8 milyon dollar olub.
Xatırladaq ki, ötən ilin eyni dövründə dəyəri 142,3 milyon dollar olmaqla 134,1 min ton tomat ixrac edilib.

İqtisadiyyat 2020-10-22 17:53:00