Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Elmi seminar: Xarici ticarət, turizm, miqrasiya

Bakı, 22 oktyabr, AZƏRTAC 

Oktyabrın 22-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Azərbaycanın və Ermənistanın iqtisadi inkişaf göstəricilərinin müqayisəsinə dair növbəti elmi seminar keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, seminarda iqtisad üzrə fəlsəfə doktoru Elman İbişov “Xarici ticarət, turizm, miqrasiya” mövzusunda məruzə edib.
Xatırladaq ki, oktyabrın 16-dan start verilən elmi seminarlarda hər iki ölkənin makroiqtisadi, eləcə də enerji, nəqliyyat, səhiyyə, elm, təhsil, İKT, kənd təsərrüfatı, turizm və digər sahələrdəki inkişaf göstəriciləri müqayisəli təhlil edilir. Həmçinin Azərbaycan və Ermənistanın iqtisadi inkişafının beynəlxalq reytinqlərdəki mövqeyi müzakirə olunur.

Elm və təhsil 2020-10-22 17:42:00