Qaxda indiyədək 535 ton quru tütün istehsal olunub
Qax, 22 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
Bu il Qax rayonunun təsərrüfatlarında 496,4 hektar sahədə tütün əkilib. Torpaq mülkiyyətçiləri cari mövsümdə 470,4 hektar sahədə “Virciniya botaniki”, 14 hektarda “Berley”, 12 hektarda isə yerli “İmmuniy” növlü tütün sortları yetişdiriblər. Hazırda təsərrüfatlarda tütün yığımı başa çatmaq üzrədir. Mövsümün əvvəlindən indiyədək rayonda 535 ton quru tütün istehsal olunub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.
Sahələrdən yığılan “Virciniya botaniki” növlü yaş tütün qurudulmaq üçün “Azərtütün ASK” MMC-nin rayonda fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqəsinə gətirilərək qurutma kameralarına yerləşdirilir. Yerli sort yaş tütün yarpağı isə istehsalçıların özləri tərəfindən ipə düzülərək qurudulur.
Məhdud məsuliyyətli cəmiyyətdən verilən məlumata görə, indiyədək Qax rayonundakı emal məntəqəsi fermerlərdən 2 min 576 ton yaşıl tütün kütləsi qəbul edib. Şotavar kəndindən Telman Şahmalıyev indiyədək emal məntəqəsinə rayon üzrə hamıdan çox – 260 ton yaş tütün təhvil verib. Qax şəhərindən Oruc Mahmudov bu günədək məntəqəyə 180,3 ton, Qorağan kəndindən Mehman Əhmədov isə 156,7 ton yaşıl tütün kütləsi gətirib.
Hazırda rayonda tütünçülüklə 66 fermer məşğul olur.
Xatırladaq ki, keçən il qaxlı fermerlər 491,6 hektar sahədən 552,7 ton quru tütün əldə ediblər.
Ağstafada Aqrar İnnovasiya Festivalı çərçivəsində toxum sərgi-satış yarmarkası təşkil olunub
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
Qəhvəyi mərmər bağacığını aşkar etmək məqsədilə Şəkinin kəndlərində 100 feromon tələ asılıb