×
A
A
A
Sazlamalar

Türkiyə mediası: Azərbaycan xalqı Ermənistanın vəhşiliyinə qarşı daha sıx birləşir

Ankara, 22 oktyabr, AZƏRTAC

Türkiyə kütləvi informasiya vasitələri (KİV) Ermənistanın işğalçılıq siyasəti və ölkəmizə qarşı yeni hücumlar səbəbindən bölgədə yaranmış hərbi gərginliyi gündəmdə saxlamaqdadır.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin gərgin və səmərəli fəaliyyəti, Tvitter hesabında paylaşımları, eləcə də cəbhə bölgəsində baş verən proseslərlə bağlı Müdafiə Nazirliyinin rəsmi məlumatları, həmçinin Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin vəziyyətlə bağlı açıqlamaları qardaş ölkə KİV-lərində sürətlə yayılır.
Türkiyə mediası yazır ki, Azərbaycan xalqı Ermənistanın vəhşiliyinə qarşı daha sıx birləşir. Hazırda “Qarabağ Azərbaycandır!”, “Hər şey Qarabağ üçün!”, “Vətən sağ olsun!” şüarları Azərbaycan xalqının həyat devizinə çevrilib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Siyasət 2020-10-22 16:29:00