×
A
A
A
Sazlamalar

Sosial könüllülər Culfa rayonunda yaşayan tənha ahılları ziyarət ediblər

Culfa, 22 oktyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Gənclər Fondunun birgə təşkilatçılığı ilə Culfa rayonunda sosial xidmət göstərilən tənha ahılların evlərinə sosial könüllülərin ziyarətləri təşkil olunub.
Nazirlikdən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, könüllülər tənha ahıllara mövsümi hazırlıqlara uyğun geyim və ləvazimatlar təqdim edib, zəruri məişət avadanlıqlarının quraşdırılmasına kömək göstəriblər. Onlar ahılların evlərində təmizlik işlərinə də yardımçı olublar.
Ahıl vətəndaşlar göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Regionlar 2020-10-22 16:00:00