×
A
A
A
Sazlamalar

Rumıniyada koronavirusa gün ərzində yoluxanların sayı 5 minə yaxınlaşıb

Buxarest, 22 oktyabr, AZƏRTAC

Rumıniyada koronavirusa yoluxanların sayı 196 min 4 nəfərə çatıb. AZƏRTAC Rumıniya Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, son 24 saat ərzində 4902 yeni yoluxma hadisəsi baş verib. Koronavirusdan ölənlərin sayı 6163 nəfərdir, 141 min 89 nəfər sağalıb.
Qeyd edək ki, Rumıniya hökuməti pandemiya ilə əlaqədar vətəndaşları diqqətli olmağa, sanitar normalara riayət etməyə çağırır.

İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest

Dünya 2020-10-22 15:28:00