×
A
A
A
Sazlamalar

Azərbaycan və Türkiyə bayraqları İğdırın Rağbət dağının zirvəsində ucaldılıb

Ankara, 22 oktyabr, AZƏRTAC

İğdır və Qars bölgələrindən olan alpinistlər Azərbaycan və Türkiyənin dövlət bayraqları ilə Rağbət dağının zirvəsinə yürüş ediblər.
AZƏRTAC xəbər verir ki, alpinistlərin könüllü həyata keçirdiyi aksiya Azərbaycana mənəvi dəstək, Ermənistanın işğalçılıq siyasətinə və hərbi təxribatlarına etiraz məqsədilə təşkil olunub.
Aksiyada Qars Qafqaz Alpinistlik və İdman Klubu ilə İğdır Fotoqraf Mədəniyyət və Təbiət Klubunun doqquz üzvü iştirak edib.
Qeyd edək ki, İğdırın Tuzluca rayonunun Gazilər kəndində yerləşən Rağbət dağının hündürlüyü 2400 metrdir. Ermənistanın sərhədə yaxın bölgələrindən dağın zirvəsi aydın görünür.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Cəmiyyət 2020-10-22 14:38:00