Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Rəşadətli ordumuzun qəhrəman əsgərlərinə həsr olunmuş yeni layihəyə start verilib

Bakı, 22 oktyabr, AZƏRTAC
Azərbaycan Radiosunda rəşadətli ordumuzun qəhrəman əsgərlərinə həsr olunmuş yeni layihəyə start verilib.
AZƏRTAC xəbər verir ki, layihə 1-2 dəqiqəlik çarx şəklində ictimaiyyətə təqdim olunub. Çarxlarda əsgərlərin analarına, həmçinin tanınmış simaların əsgərlərə məktub-müraciətləri səslənir.
Hərbçilərimizin səsi olan “Əziz ana” layihəsində əsgərlərimizin dilindən analarına yazılan məktubları eşidə bilərsiniz. Müharibə ilə bağlı bu səsli məktublar bizə ordumuzun hər bir əsgərinin necə qəhrəmancasına şücaət sərgilədiyini xatırladır.
Həmin çarxlar efirə hər 15 dəqiqədən bir verilir. Yəni hər saat ən azı 4 çarx efirə gedir. Bu günə qədər 100-ə yaxın çarx hazırlanıb. Bu istiqamətdə işlər davam etdirilir.
Balaca oğlanın erməni faşistləri tərəfindən qətlə yetirilən bütün uşaqların adından danışdığı çarx isə xüsusi diqqətə layiqdir.
Azərbaycan Televiziyasının Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsi şirkətin rəsmi sosial şəbəkə səhifələrində paylaşmaq məqsədilə həmin çarxları ekranlaşdırıb.

Mədəniyyət 2020-10-22 14:26:00