×
A
A
A
Sazlamalar

“Grammy” musiqi mükafatları mərasiminin keçiriləcəyi vaxt bəlli olub

Bakı, 22 oktyabr, AZƏRTAC
Gələn il yanvarın 31-də Amerıkanın növbəti “Grammy” musiqi mükafatları mərasimi keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə “Grammy”nin rəsmi saytında məlumat yerləşdirilib.
Məlumatda qeyd olunub ki, nominasiyaların sayı bu dəfə 84-ə çatacaq. 63-cü “Grammy” musiqi mükafatları mərasimi yanvarın 31-də “CBS” telekanalı vasitəsilə yayımlanacaq. Namizədlərin adları isə bu il noyabrın 24-də açıqlanacaq.
Qeyd edək ki, Milli İncəsənət və Səsyazma Texnologiyaları Akademiyası (Grammy) 1957-ci ildə ABŞ-da təsis olunub. “Grammy” musiqi mükafatları mərasimi ilk dəfə 1959-cu ildə keçirilib. Mükafatlar müxtəlif vaxtlarda ABŞ-ın Los-Anceles, Nyu-York, Çikaqo və Neşvill şəhərlərində təltif olunub. Son illər istisna olaraq tədbir Los-Ancelesin “Staples Center” idman kompleksində keçirilir.

Mədəniyyət 2020-10-22 14:16:00