×
A
A
A
Sazlamalar

Ölkəmiz beynəlxalq musiqi festivalında təmsil olunacaq

Bakı, 22 oktyabr, AZƏRTAC 

Bu ayın sonunda ölkəmizin də iştirak edəcəyi beynəlxalq musiqi festivalı keçiriləcək. Koronavirus pandemiyası səbəbindən festival onlayn şəkildə reallaşacaq.
Bu barədə AZƏRTAC-a Əməkdar artist, xanəndə Qoçaq Əsgərov məlumat verib.
Onun sözlərinə görə, xanəndə özü Ukraynanın təşkil etdiyi bu festivalın münsiflər heyətində təmsil olunacaq. “Münsiflər heyətinin rəhbəri “Eurovision-2004”ün qalibi Ruslanadır. Artıq bizim iştirakçılar Almaxanım Əhmədova və Kamran Məmmədovun lentə alınan ifaları festivala təqdim olunub. Azərbaycanlı iştirakçıların adı festivalda “Qarabağın təmsilçiləri” olaraq qeyd olunub. Təşkilatçılarla söhbət zamanı onlar məni qabaqladılar və bildirdilər ki, “bu yarışmada Ermənistan adlı ölkə iştirak etməyəcək”, - deyə Qoçaq Əsgərov bildirib.
Qeyd edək ki, festivalda seçilən ifaçılar gələn il Monteneqroda keçiriləcək festivala dəvət alacaqlar.
Məlumat üçün bildirək ki, sözügedən festivala Azərbaycanla yanaşı, Türkiyə, Özbəkistan, Gürcüstan, Belarus, Rumıniya, Moldova, Albaniya, Latviya və digər ölkələr təmsil olunacaq.

 

Mədəniyyət 2020-10-22 13:59:00