×
A
A
A
Sazlamalar

Qırğızıstanın portalları Azərbaycan ərazilərinin işğaldan azad olunması barədə xəbərlər yaymaqda davam edir

Bişkek, 22 oktyabr, АZƏRTAC

Qırğızıstanın “goldenbridgenews.com”, “turktoday.info” və “nazarnews.org” portalları Azərbaycanın işğal olunmuş torpaqlarını azad etməsi, Ermənistanın təxribatçı siyasəti haqqında məqalələr yaymaqda davam edir.
AZƏRTAC xəbər verir ki, “goldenbridgenews.com” və “turktoday.info” portalları Azərbaycan Ordusunun Zəngilan rayonunun Mincivan qəsəbəsini və 13 kəndini, həmçinin Füzuli rayonunun 3, Cəbrayıl rayonunun 5 kəndini işğaldan azad etməsi barədə xəbərlər yayıblar.
Portallar, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciətinin mətnini də yerləşdirib.
Bundan əlavə, saytlar “AZƏRTAC Ermənistanın Gəncəyə qanlı terror hücumları ilə bağlı dünyanın aparıcı xəbər agentliklərinə müraciət ünvanlayıb” sərlövhəli materiala da yer verib.
“nazarnews.org” portalı isə AZƏRTAC-ın “Prezident: Ermənistan hələ nə qədər gec deyil bəyanat verməlidir ki, işğal edilmiş torpaqlardan çıxıram”, “Prezident İlham Əliyev: Onlar bütün dünyaya yalan danışır. Bu yalançıları biz bundan sonra da qovacağıq”, “Azərbaycan Prezidenti: Ermənistan rəhbərliyi artıq bizim qarşımızda diz çöküb, onlara layiq olan yeri göstərmişik”, “Prezident İlham Əliyev: Müzəffər Azərbaycan Ordusu döyüş meydanında yeni qələbələr qazanır”, “Mehriban Əliyeva Füzuli, Cəbrayıl, Xocavənd, Zəngilan rayonlarının, bir sıra kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib” sərlövhəli materiallarını rus dilində dərc edib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek

Siyasət 2020-10-22 13:39:00