×
A
A
A
Sazlamalar

FIFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb

Bakı, 22 oktyabr, AZƏRTAC

FIFA futbol üzrə milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, ötən dəfə açıqlanan reytinq cədvəl ilə müqayisədə Azərbaycan milli komandası iki pillə geriləyib. Millimiz 1175 xalla 114-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, reytinqin ilk üç pilləsində Belçika (1765), Fransa (1752) və Braziliya (1725) qərarlaşıb.

İdman 2020-10-22 13:29:00