×
A
A
A
Sazlamalar

Səfir Bilal Haye: Pakistan torpaqlarını azad etmək uğrunda apardığı haqlı mübarizədə Azərbaycanın yanındadır

Bakı, 22 oktyabr, AZƏRTAC
Pakistan öz torpaqlarının azad edilməsi uğrunda apardığı haqlı mübarizədə Azərbaycanın yanındadır və biz bu yolda Azərbaycana uğurlar arzulayırıq.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Pakistanın Azərbaycandakı səfiri Bilal Haye deyib.
Azərbaycan Ordusunun cəbhədə hər gün qazandığı uğurları yüksək qiymətləndirdiklərini vurğulayan səfir bildirib ki, oktyabrın 20-də Pakistanın Xarici İşlər naziri Mahdum Şah Mahmud Qureşinin azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefon danışığı olub. Azərbaycanın Müstəqillik Günü ilə bağlı təbrikində Pakistanın Baş Naziri İmran Xan ölkəsinin ərazi bütövlüyünü şücaətlə qoruyan Azərbaycan Ordusunun uğurlarını xüsusi qeyd edib.
İki ölkə arasında tarixi köklərə əsaslanan dostluq və qardaşlıq əlaqələrinə toxunan Bilal Haye Dağlıq Qarabağ münaqişəsi başlayandan bəri Pakistanın hər zaman Azərbaycanın yanında olduğunu vurğulayıb. O əlavə edib ki, Azərbaycanın bu mübarizəsi ədalətli və qanuna uyğundur. Ona görə də biz hər zaman Azərbaycanın yanında olmuşuq.
Ölkələrimiz arasında əməkdaşlığın perspektivlərindən danışan diplomat Pakistanın xalqlarımızın əlaqələrinin daha da genişləndirilməsini və müdafiə sahəsində əməkdaşlığın dərinləşdirilməsini istəyini bildirib. O deyib ki, Pakistan bir çox sahələrdə Azərbaycana yeni imkanlar təklif edə bilər. Eyni zamanda, Azərbaycanın da Pakistana təklif edəcəyi bir çox məsələlər var. İnanırıq ki, əməkdaşlığımız ölkələrimizi bir-birinə daha da yaxınlaşdıracaq.

Siyasət 2020-10-22 13:17:00