×
A
A
A
Sazlamalar

İstanbulda İŞİD terror təşkilatının 14 üzvü saxlanılıb

İstanbul, 22 oktyabr, AZƏRTAC

İstanbulda İŞİD terror təşkilatının üzvlərinin saxlanılması istiqamətində növbəti əməliyyat keçirilib.
AZƏRTAC xəbər verir ki, əməliyyat nəticəsində terror qruplaşması ilə əməkdaşlıqda şübhəli bilinən 14 nəfər saxlanılıb. Onlardan 13-ü xarici ölkə vətəndaşıdır. Əcnəbi vətəndaşların ekstradisiyası işləri görülür.
Saxlanılan şəxslərin yaşadıqları ünvanlarda aparılan axtarış zamanı terror təşkilatına aid çoxlu sayda rəqəmsal material ələ keçirilib.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Dünya 2020-10-22 13:12:00