×
A
A
A
Sazlamalar

Yanvar-sentyabr aylarında dəmir yolu ilə 5,2 milyon ton yük daşınıb

Bakı, 22 oktyabr, AZƏRTAC

Cari ilin yanvar-sentyabr aylarında dəmir yolu nəqliyyatı ilə 5 milyon 225 min 33 ton yük daşınıb ki, bu yüklərin dəyəri 1 milyard 870,6 milyon ABŞ dolları olub.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, doqquz ayda dəmir yolu nəqliyyatı ilə ixrac olunan 1 milyon 600,8 min ton yükün dəyəri 318 milyon dollar təşkil edib.
Qeyd edilən dövrdə bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 3 milyon 624,2 min ton, dəyəri isə 1 milyard 552,6 milyon dollar olub.

Nəqliyyat 2020-10-22 13:07:00