×
A
A
A
Sazlamalar

Prezident İlham Əliyev: Azərbaycanın haqq işi Türkiyə mətbuatı vasitəsilə dünyaya çatdırılır VİDEO

Bakı, 22 oktyabr, AZƏRTAC 

Sizin bu gün Azərbaycanda olmağınızın çox böyük mənası var. Qardaş Türkiyə ilk saatlardan bizə öz dəstəyini göstərib. Hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan, mənim əziz qardaşım ilk saatlardan bildirib ki, Türkiyə Azərbaycanın yanındadır. Türkiyənin digər yüksək vəzifəli şəxsləri də buna oxşar bəyanatlar veriblər. Türkiyə xalqı bizə öz dəstəyini göstərir.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoçu qəbul edərkən səsləndirib.
Türkiyə mətbuatında bu münaqişənin geniş işıqlandırıldığını vurğulayan dövlətimizin başçısı deyib: “Azərbaycanın haqq işi Türkiyə mətbuatı vasitəsilə dünyaya çatdırılır. Bunun da çox böyük önəmi var. Çünki əfsuslar olsun ki, bir çox ölkələrin mətbuatı birtərəfli qaydada Ermənistanın tərəfini tutur. Bu, böyük ədalətsizlikdir. Bu, saxtakarlıqdır. Bu, hadisələrin təhrifi deməkdir. Azərbaycanı işğalçı, yaxud da ki, təcavüzkar dövlət kimi təqdim etmək cəhdləri, əlbəttə, heç bir əsasa malik deyil. Ona görə, Türkiyə mətbuatının ilk günlərdən burada olması və döyüş bölgələrindən reportajların verilməsi dünyada da bu məsələ ilə bağlı düzgün məlumatın olmasına xidmət göstərir”.

Siyasət 2020-10-22 12:56:00

Video