×
A
A
A
Sazlamalar

Yardımlıda iribuynuzlu mal-qaranın sayı artıb

Yardımlı, 22 oktyabr, Bağır Əliyev, AZƏRTAC

Oktyabrın 1-nə Yardımlı rayonunda 28837 baş iribuynuzlu mal-qara mövcud olub. Onlardan 14753 başı inək və camışdır. Davarların sayı isə 87552 başdır.
Bu barədə Yardımlı Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə məlumat verilib.
Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə rayonda mal-qaranın sayı 69 baş, o cümlədən inək və camışın sayı 124 baş artıb.
Rayonun heyvandarlıqla məşğul olan təsərrüfatlarında bu dövrdə 24369 sentner ət, 182467 sentner süd, 10350 min ədəd yumurta, 1591 sentner yun istehsal edilib.

Kənd təsərrüfatı 2020-10-22 12:52:00