Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Gürcüstanda koronavirusa yoluxma kütləvi hal alıb

Tbilisi, 22 oktyabr, AZƏRTAC

Gürcüstanda koronavirusa yoluxma kütləvi hal alıb. Son sutkada ölkədə daha 1 595 nəfər koronavirusa yoluxub, 6 pasiyent ölüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi stopgov.ge saytında məlumat yerləşdirilib.
Bildirilib ki, bununla da ölkədə COVID-19-a yoluxanların ümumi sayı 22 min 803-ə, pandemiya qurbanlarının sayı isə 178-ə çatıb.
Hazırda Gürcüstanda 4408 nəfər karantin rejimində, 3155 nəfər isə stasionar nəzarətdə saxlanılır.
Ən çox yoluxma paytaxt Tbilisi və Acarıstan bölgəsində qeydə alınıb.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Dünya 2020-10-22 12:37:00